Ötən gün dünyasını dəyişən, “Karvan” musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova ilə vida mərasimi keçirilib.

OLAY Oxu.az-a istinadən yazır ki, vida mərasimi mərhumun evində, paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində  baş tutub.

Vida mərasimində mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.

Daha sonra o, Qala kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, Sevinc Kərimova ötən gün Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatına layiq görülüb. Dövlət başçısının imzaladığı Sərəncamla Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Sevinc Kərim qızı Kərimova “Tərəqqi” medalı ilə təltif edilmişdi.

Sevinc Kərimova dəfn edildi - Fotolar Sevinc Kərimova dəfn edildi - Fotolar Sevinc Kərimova dəfn edildi - Fotolar Sevinc Kərimova dəfn edildi - Fotolar