Xalq artisti Şeyx Əbdül Mahmudov xəstəxanaya yerləşdirilib. 

OLAY yazır ki, bu barədə “Qafqazinfo”ya aktyor özü məlumat verib.

82 yaşlı aktyor bildirib ki, hazırda səhhətindəki problemlərlə bağlı müalicə alır.

“Ötən gün xəstəxanaya yerləşdirildim. Yanaşı gedən xəstəliklərimlə bağlı müalicə alıram. Əslində özümü yaxşı hiss edirdim. Qrip olduqdan sonra məndə boğulma yarandı. Sanki səhhətimdəki bütün problemlər yenidən baş qaldırdı. Səhvim o oldu ki, evdə müalicə etdirdim. Vaxtında xəstəxanaya gəlmədim. İndi mənə yaxşı baxırlar, görək necə oluram...”, - Şeyx Əbdül qeyd edib.