Oğuzda mədəniyyət evində yanğın baş verib.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağının yanar konstruksiyaları və dam örtüyünün 280 k/m sahəsi tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.