Əməkdar artist Gülüstan Əliyeva Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış edib.
OLAY yazır ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası səhnəyə qoyulub. Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), eləcə də Əməkdar artistlər və tanınmış solistlər – Cahangir Qurbanov, Tural Ağasıyev və Ələkbər Əliyev çıxış ediblər. G. Əliyeva tamaşada Sənəm obrazını canlandırıb.
Tamaşa teatrın simfonik orkestrinin canlı müşayiəti ilə təqdim olunaraq klassik sənətin ecazkar ruhunu bir daha tamaşaçılara çatdırıb.