Xalq artisti Eyyub Yaqubov ilk dəfə olaraq musiqili tamaşada iştirak edəcək.
OLAY yazır ki, tamaşa mart ayının -də Heydər Əliyev Sarayında səhnəyə qoyulacaq. Sənətkar böyük səhnədə görkəmli Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavid obrazını canlandıracaq.
Tamaşanın əsas leytmotivi Hüseyn Cavidin məşhur misralarıdır:
"Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”
Layihədə Xalq artisti Mehriban Zəki, istedadlı aktyor Elşən Əsgərov, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-pedaqoq Gülsüm Eldarova və C.Cahangirov adına xor kollektivi də iştirak edirlər.
Tamaşada Hüseyn Cavidin həyat yolunu əks etdirən təsirli səhnə fraqmentləri, kövrək sevgi hekayəsi, dramaturqun möhtəşəm pyeslərindən parçalar, incə şeirlər və Eyyub Yaqubovun ifasında səslənən sevilən mahnılar yer alacaq.