İncəsənət
İncəsənət

Humay bu hadisəyə görə nazirə müraciət etdi

Humay bu hadisəyə görə nazirə müraciət etdi

Tarzən Humay Qədimovanın başına iş gəlib.

OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesablarında video paylaşıb.

Humay deyib ki, bu gün sürücüsünün idarə etdiyi maşını inspektor tərəfindən  alınıb:

“Bu gün səhər saatlarında sürücümü Ekologiya postu tərəfdə Vüqar Cəbrayılov adlı inspektor saxlayır və sənədlərini təqdim etməsini istəyir. Sənədlər təqdim olunur, hər şey öz qaydasında olsa da, bildirilir ki, cihaz vasitəsilə sizdən spirtli içki qəbul edib-etməməyiniz barədə test götürəcəyik. Testi götürürlər, cavab kimi çıxır ki, spirtli içkidən istifadə etmisiz. Sürücüm etiraz edir ki, mən içki içməmişəm, hazırda işdəyəm. Etiraza baxmayaraq inspektor bildirir ki, cihaz  bunu göstərir. Sürücüm tələb edir ki, həkim dəvət olunsun, qan analizi versin, hər şey bəlli olsun. Amma inspektor sürücüdən vəsiqəsini və maşının açarlarını götürür, deyir ki, 3 min manat verməsəz, maşın cərimə meydançasında qalacaq. Sürücüm dərhal polisə şikayət edir, oradan bildirilir ki, gün ərzində şikayət baxılacaq.

Mənə məsələni bildirdi, dedim ki, sən inspektora yaxınlaş, həkimin gəlməsini tələb et, ya da maşının açarları əlindən alınıbsa, protokol yazılmalıdır. Heç bir sənədə imza atılmayıb. Sürücü özü xəstəxanaya yaxınlaşıb tibbi müayinədən keçir. Bu da rəsmi kağızdır, spirtli içkidən istifadə olunduğunu inkar edən sənəddir. Bu sənədi inspektora göstərir, o da deyir ki, məhkəməyə müraciət edin. Sürücüm deyir ki, bu sənəd yetərli deyil? Orada Zeynal adlı şəxs söyləyir ki, 50 AZN ver, get. Baxırlar ki, hər şey öz qaydasındadır. Onun nizam-intizamı, səliqəli geyimdə olması, spirtli içkidən və ya narkotikdən istifadə etməməsi ilə bağlı sənəddir. Məcbur olub maşını verirlər. Avtomobil də Ekologiya postu ərazisində deyil, məhəllə arasında bir yerə qoyulub. Mən vacib tədbirə getməliydim, getməmişəm, ya da məcbur gec getmişəm.

Mən sənət adamıyam və bundan qanun qarşısında istifadə etəməmişəm. Mən də sükan arxasında əyləşmişəm, polis saxlayıbsa, sənədlərimi təqdim edib, demişəm ki, cəriməm nədirsə, yazın gedim. Adi bir vətəndaş kimi öz qanunlarıma əməl edirəm. Hörmətli nazirimiz, cənab Vilayət Eyvazova müraciət edirəm, artıq dərəcədə xahiş edirəm ki, bugünkü hadisəni öz nəzarətinizə götürəsiniz. Vüqar Cəbrayılov kimdirsə, onun bu haqsız davranışı, hansısa cihazın işləməməsinə görə, vətəndaşın maşınının və sənədlərinin əlindən alınması ilə bağlı araşdırma aparılsın. Səhvim var idisə, maşınım niyə qaytarıldı, yoxdursa, niyə o qədər vaxt orada qaldı. Mən dövlətimin hər zaman yanındayam, dövlətimi sevirəm. Əgər Azərbaycan mədəniyyətinin adı varsa, tədbirlərdə canla-başla xidmət edirik. Bu bizim vəzifə borcumuzdur. Qanun qarşısında hər kəsin boynu qıldan incədir”.