49 yaşlı Amerikalı kulinar yazıçı Culi Pauell dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə onun həyat yoldaşı məlumat verib. Yazıçının ölümünə səbəb isə ürəyinin dayanması olub.
Culi 2002-ci ildə kulinariya ilə bağlı bloq hazırlamağa başlayıb. Daha sonra isə bununla bağlı memuar yazıb. Daha sonra həmin kitab əsasında “Culi və Cilya: Resept əsasında xoşbəxtlik hazırlayırıq” adlı film çəkilib.