İncəsənət
İncəsənət

Mədəniyyət nazirinin birinci müavini saxlanıldı

Mədəniyyət nazirinin birinci müavini saxlanıldı

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.