Anım Günü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Sən qayıdacaqsan” adlı pyes əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
OLAY yazır ki, bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib.
Tamaşada Vətən müharibəsi iştirakçıları, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.