İncəsənət
İncəsənət

Salman Rüşdi hücumdan sonra gözünü və əlini itirdi

Salman Rüşdi hücumdan sonra gözünü və əlini itirdi

Yazıçı Salman Rüşdi iki ay əvvəl hücuma məruz qaldıqdan sonra bir gözünün görmə qabiliyyətini itirib.

OLAY yazır ki, o, həmçinin bir qolundan da istifadə edə bilmir.

Bu barədə yazıçının nümayəndəsi Endryu Uayli məlumat verib.

“Yaraları dərin idi, bir gözü də görmə qabiliyyətini itirib. Boynunda da üç ciddi yara var idi. Sinir ucları kəsildiyi üçün bir qolu işləmir. Döş qəfəsində və gövdəsində daha 15-ə yaxın yara var”, - deyə, Endryu qeyd edib.

Xatırladaq ki, avqustun 12-də yazıçı Nyu-York ştatındakı təhsil mərkəzində mühazirə oxumağa hazırlaşarkən bıçaqlı hücuma mruz qalıb. Ona hücum edən şəxsin isə 24 yaşlı Hadi Matar olduğu polis tərəfindən müəyyən olunub.