İncəsənət
İncəsənət

“Anamın kitabı” ingilis dilində nümayiş olunacaq

“Anamın kitabı” ingilis dilində nümayiş olunacaq

15 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Mədəniyyət Nazirliyinin layihəsi olan “Anamın kitabı” (ingilis dilində) tamaşasının premyerası olacaq. 

OLAY yazır ki, tamaşa C. Məmmədquluzadənin eyniadlı əsərinin motivləri əsasında yeni yozumda təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, rəssamı Vüsal Rəhimdir. Akademik Milli Dram Teatrının, Akademik Musiqili Teatrın, Gənc Tamaşaçılar Teatrın, Bakı Uşaq və Gənclər Teatrın, həmçinin ƏSA teatrının gənc aktyorları iştirak edir.