İncəsənət
İncəsənət

Ruhəngiz Qasımovanın ölüm səbəbi açıqlandı

Ruhəngiz Qasımovanın ölüm səbəbi açıqlandı

“Oktyabrın 12-də Bakıda olmağı planlaşdırırıq”.

OLAY “Apa”ya istinadən yazır ki, bu sözləri mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın qızı Canana Süleymanlı bildirib.

O, Ruhəngiz xanımın vəfat səbəbindən də bəhs edib:

“On gün idi ki, xəstəxanada yatırdı. Anamda böyrək çatışmazlığı var idi. Amma onu da qeyd edim ki, atamın vəfatı ona çox təsir etmişdi. Atam üçün çox darıxırdı. Və mənə elə gəlir ki, anamın ürəyi partladı, dözmədi”.

Mərhum bəstəkarın Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcəyi bildirilir. Artıq məzarın qazılması işləri tamamlanıb.