Ötən gün vəfat edən Əməkdar İncəsənət Xadimi Ruhəngiz Qasımovanın nəşi bu həftə Azərbaycana gətirilə bilər.
Bu barədə OLAY-a “SOY” prodakşının rəhbəri Oqtay Əliyev məlumat verib.
O bildirib ki, mərhumun qızı ilə əlaqə saxlayıb:
“Dedi ki, ya bu həftənin sonu, ya da gələn həftə ola bilər ki, Azərbaycana gətirilsin. Honkonqdan bura gətirmək bir az çətindir. Təyyarə gəlməlidir Dubaya, oradan fərqli bir təyyarə və sairə... İnanmıram, Fəxri Xiyabanda dəfn edilə, yəqin ki, həyat yoldaşının yanında torpağa tapşırılacaq. Çünki Fəxri Xiyabana bir az başqa cür olmalıdır. Onda o titullar yoxdur axı”.
Qeyd edək ki, R. Qasımova Honkonqda 82 yaşında dünyasını dəyişib.