“Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğluya ağır itki baş verib.
OLAY yazır ki, naşirin bacısı xəstəlikdən dünyasını dəyişib. Bu barədə yazıçı feysbukda məlumat paylaşıb:
“Bacımın xəstəliyi ilə bağlı yazımdan sonra Türkiyə, Almaniyadan yazıb kömək etmək istədiklərini dilə gətirdilər. Amma təssüf gec oldu, nəsə etmək mümkün olmadı. Kömək təklif edən hər kəsə təşəkkür edirəm. İmkanız varsa, bizim səhiyyədən uzaq olun. O bataqlığa girməyin. Belə səhiyyəsi olan vətən düşməndir. İran, Türkiyə, Gürcüstana, Pakistana gedin, amma bu düşmənə özünüzü təslim etməyin”.
Xatırladaq ki, Ş. Xuduoğlu Xalq şairi, deputat Sabir Rüstəmxanlının qardaşıdır.