“Bu gün mənim üçün çox sevincli bir gündür. Fuad balam ilk dəfə 2 yaşında səhnəyə çıxacaq”.
OLAY yazır ki, bu sözləri aktyor Murad İsmayıl sosial media hesabında yazıb.
O, mərhum Xalq artisti Fuad Poladovun şərəfində adını Fuad qoyduğu oğlu ilə fotolarını paylaşıb.
“İnşallah böyük aktyorlardan olar. Atanın fəxri ! Xüsusi ilə İbrahim Çingizi təbrik edirəm ! Bu rol sənə çox yaraşır ! Uğurların bol olsun ! Bu tamaşanın rejissoru isə mənim həyatımda böyük rolu olan, Fuad Poladovla oynadığım “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasının rejissoru Ərşad Ələkbərovdur.
Bu gün gələ bilməyənlərin nəzərinə çatdırım ki sabahda – “Я, ты, он и телефон” tamaşasını oynayacayıq saat 19-00 da - Akademik Rus Dram Teatrında. Hamıya uğurlar!”.
Qeyd edək ki, aktyor həmkarı Ülviyyə Xəlilbəyli ilə evlidir. Cütlüyün iki övladı var.