Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.
OLAY yazır ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat paylaşıb.
Şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub. Bununla bağlı Rəfi Zeynalovun xatirələrini bölüşdüyü qısa film də hazırlanıb.