İncəsənət
İncəsənət

“Natəvan” operası nümayiş olundu

“Natəvan” operası nümayiş olundu

Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Natəvan” operası nümayiş olunub.

OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat paylaşıb.

Tamaşada Xan qızının həyat və yaradıcılığı öz əksini tapmış, bir şairə, dövlət xadimi və ana kimi onun bənzərsiz obrazı yaradılmışdır.

Tamaşanın musiqi rəhbəri və dirijoru - Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşcu rəssamı – Xalq artisti, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, rəqslərin quruluşcusu – Xalq artisti Tamilla Şirəliyeva, xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Bir neçə il ərzində səhnədə olmayan operanı bu dəfə Əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyev təqdim etmişdir.