Azərbaycan Prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
OLAY yazır ki, dövlət başçısının sərəncamına əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.