“Həyat, deyəsən, gözəldir” (Fəryad-2) filmi noyabrda beynəlxalq festivalda təqdim olunacaq.
OLAY APA-ya istinadən yazır ki, bunu rejissor Vaqif Mustafayev “Şuşa söhbətləri” layihəsində çıxışı zamanı deyib.
O, filmin festivaldan sonra ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb: “Film festivalda təqdim olunandan sonra artıq ictimaiyyətə də nümayiş ediləcək”.
Rejissor filmin çəkiliş prosesindən danışıb: “Filmin əsas hissələri Hadrutda, erməni səngərində çəkilib”.