Fotosessiya
Fotosessiya

“Pul xərcləyib dekorasiya qurmaqla deyil...”

“Pul xərcləyib dekorasiya qurmaqla deyil...”

Aktyor Sənan Ellez uzun müddətdir premyerası gözlənilən, İkinci Qarabağ müharibəsindən bəhs edən “Həyat deyəsən gözəldir” (Fəryad 2) filmi barədə paylaşım edib.

OLAY yazır ki, Sənan feysbuq paylaşımında bunları qeyd edib:

“Məhz belə günlərdə “Fəryad” filminin tək və yeganə olduğu bir daha öz təstiqini tapır. “Fəryad 2” isə qələbə və qəhrəmanlarımızın olmasına baxmayaraq hələ də film kimi ortalıqda yoxdur. Pul xərcləyib dekorasiya qurmaqla deyil – “Fəryad 2” filmi yoxdur, yoxdur və yenə də yoxdur. Çünki bizim Ceyhunumuz artıq həyatda yoxdur. Allah sənə rəhmət eləsin, Ceyhun Mirzəyev”.

Qeyd edək ki, sözügedən filmin gecikməsi ilə bağlı mədəniyyət naziri Anar Kərimov hazırda filmin festivallara göndərilmə mərhələsində olduğu bildirilib:

“Kino qaydalarına görə, biz yeni hazırlanan filmi festivallara göndəririk. Orada müəyyən rəylər toplandıqdan sonra ictimaiyyətə təqdim edəcəyik. Bu barədə bir az səbrli olmağa çağırıram”.