İncəsənət
İncəsənət

Sovet musiqişünası vəfat etdi

Sovet musiqişünası vəfat etdi

Moskvada rus və sovet musiqişünası Lev Ginzburq 92 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə “112” telegram kanalı məlumat yayıb. Bildirilib ki, Ginzburqun ölüm səbəbi hələ dəqiqləşdirilməyib, dəfnin tarixi və yeri məlum deyil.

Qeyd edək ki, o, 80-ci illərdə sovet musiqiçilərinin xaricə qastrol səfərlərini təşkil edib və bu işi müasir Rusiyada davam etdirib. Ginzburg həm də müasir rus və xarici musiqi haqqında sənədli filmlər üçün ssenarilər yazıb.