Sentyabrın 12-dən 23-dək Bursa və İzmir şəhərləri, habelə Şimali Kiprdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş “XXIII TÜRKSOY Opera günləri” adlı tədbir keçirilib.
OLAY yazır ki, bu barədə Mədəniyyət Nazirliyi məlumt paylaşıb.
Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev və teatrın solisti, vokal ifaçısı Fatimə Cəfərzadə də iştirak edib.
Bursa Dövlət Simfonik Orkestri və İzmir Opera Orkestrinin müşayiəti ilə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, opera ariyaları və türkdilli ölkələrin bəstəkarlarının əsərləri səslənib.
Eyni zamanda tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Şimali Kiprdən solistlər də iştirak edib.