İncəsənət
İncəsənət

Türkiyədə Fikrət Əmirovun 100 illiyi qeyd olunacaq

Türkiyədə Fikrət Əmirovun 100 illiyi qeyd olunacaq

Türkiyədə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinə həsr olunan “23-cü TÜRKSOY Opera Günləri” keçiriləcək. 

OLAY yazır ki, tədbir çərçivəsində 15 sentyabr Bursada, 18 sentyabr İzmirdə, 20 sentyabr Qazimağusa Otello Qalasında və 21 sentyabr Girne Bellapais Manastrında xalqa açıq və ödənişsiz konsertlər təşkil olunacaq.

Tədbirdə müxtəlif ölkədən sənətçilər piano müşayiəti ilə dünya klassiklərindən nümunələri və ölkələrinin milli opera ariyalarını təqdim edəcəklər.