Türkiyədə 608 özəl teatrdan 503-ü bağlanıb.
OLAY yazır ki, bu barədə ölkənin Mədəniyyət və Turizim Nazirliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb pandemiyanın teatr və kino sahəsinə mənfi təsiridir.
2021-ci ildə 608 teatrdan yalnız 105-i aktiv qalıb. Kino sahəsinə 431 layihəyə 95 milyon 978 türk lirəsi ayrılıb. 159 kino zalına 15 milyon 900 min lirə verilib.
1 iyul və 20 noyabr 2020-ci il tarixlərində bağlanan kino zalları bir illik aradan sonra açılıb. 2021-ci ilin dekabrından bu günə qədər 396 kino zalı fəaliyyətinə davam edir.