İncəsənət
İncəsənət

Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam Asif Azərelli vəfat edib.

OLAY yazır ki, bu barədə APA-ya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb. 1983-1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub.
Görkəmli rəssam daha çox Dədə Qorqud obrazının ən çox qəbul edilən versiyasının yaradıcısı kimi tanınırdı.