İncəsənət
İncəsənət

Əməkdar incəsənət xadimi dünyasını dəyişdi

Əməkdar incəsənət xadimi dünyasını dəyişdi

Əməkdar incəsənət xadimi, tərcüməçi, şair Səyavuş Məmmədzadə vəfat edib.

OLAY yazır ki, bu barədə xalq şairi, deputat Sabir Rüstəmxanlı məlumat paylaşıb.

“Əziz  qələm dostumuz, gözəl insan, Azərbaycanca və rusca dəyərli şeir kitablarının müəllifi, klassik və müasir ədəbiyyatımızın rus dilinə çevrilməsində  və təbliqində böyük xidmətləri olan Səyavuş Məmmədzadə bu gün dünyasını dəyişib. Dostlarına və yaxınlarına baş sağlığı verirəm. Allah rəhmət eləsin. Ruhu şad olsun!”, - deyə, Rüstəmxanlı paylaşımında bildirib. 

Qeyd edək ki, S.Məmmədzadə 2 oktyabr 1935-ci ildə anadan olub. O, 2003-cü ildə "Əməkdar incəsənət xadimi" adına layiq görülüb. Səyavuş Məmmədzadə Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə etdiyi tərcümələri dövri mətbuatda çap etdirib.