Xalq artisti, bəstəkar Eldar Mansurovun 70 illik yubileyinə həsr olunan konsert proqramı keçiriləcək.
OLAY yazır ki, tədbir oktyabrın 2-də Heydər Əliyev Sarayında baş tutacaq.
Yubileydə E.Mansurovun unudulmaz “Bayatılar”, “Bakılıyam mən”, “Melodi”, “Yarı məndə, yarı səndə”, “Gecələr keçir”, “Ola bilməz”, “Bu sevgi”, “Bayatı-şiraz”, “Bir daha”, “Dünya köhnə dünyadı”, “Karnaval” kimi əsərləri səslənəcək.
Gecədə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri Mübariz Tağıyev, Ağadadaş Ağayev, Murad Adıgözəlzadə, Cavan Zeynallı, Faiq Ağayev, Əməkdar artist Manana Caparidze və başqaları çıxış edəcəklər.