İncəsənət
İncəsənət

Nazirlikdən rejissorun tənqidlərinə reaksiya

Nazirlikdən rejissorun tənqidlərinə reaksiya

Rejissor Pərviz Həsənovun tənqidi yazısına Mədəniyyət Nazirliyi münasibət bildirib.

Bu barədə Nazirlikdən OLAY-a açıqlama verilib.

Həsənovun məqaləsində qeyd olunan suallar cavablandırılıb:

“Mədəniyyət Nazirliyinin 16 sentyabr 2020-ci il tarixli, nömrəli əmrinə əsasən “Dövlət sifarişi ilə film istehsalının mövcud vəziyyətinin araşdırılaraq müəyyənləşdirilməsi və ortaya çıxan problemlərin mümkün həll mexanizmlərinə dair rəy və təkliflərin təqdim edilməsi üzrə müstəqil Komissiya” yaradılmışdır. Sözügedən Komissiya tərəfindən dövlət sifarişi ilə film istehsalının mövcud vəziyyəti araşdırılaraq istehsal planının daha da optimallaşdırılması məqsədilə, eləcə də bəzi film layihələrinin aktuallığını itirməsini nəzərə alaraq, həmin film layihələrinin işlənilərək inkişaf etdirildikdən sonra istehsalına gələcəkdə yenidən baxılması qərara alınmışdır. 

Nazirliyin ssenari ehtiyatının formalaşdırılması məqsədilə 2019-cu ildə keçirilmiş ssenari müsabiqəsinin reqlamentinə əsasən müsabiqədə qalib olan ssenarilərin müəllifləri ilə müqavilə bağlanılmış və layihələr ssenari ehtiyatı üçün satın alınmışdır. Müstəqil Azərbaycan cəmiyyətində fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir və Dövlət tərəfindən qorunur. Hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqe sərgiləmək imkanları var. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəsin bu hüququna hörmətlə yanaşırıq.

Bu gün Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində əsaslı və strateji məqsədyönlü işlər həyata keçirilir, o cümlədən kino sahəsinin kino sənayesinə çevrilməsi ilə əlaqadar infrastruktur, hüquq, kadr siyasəti istiqamətində islahatlar davam edir. Bununla yanaşı,  qeyd etmək lazımdır ki, kino sahəsində  bir çox problemlər də qalmaqdadır. Əminik ki, cari ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Azərbaycan Respublikası Kino Agentliyi, sözügedən problemlərin həllinə öz töhfəsini verəcəkdir”.

P. Həsənovun sözügedən məqaləsini buradan oxuya bilərsiniz.