İncəsənət
İncəsənət

Əməkdar rəssam dünyasını dəyişdi

Əməkdar rəssam dünyasını dəyişdi

Əməkdar rəssam Arif Məhərrəmov 74 yaşında vəfat edib.

OLAY yazır ki, bu haqda Azərbaycan Kinorejissorlar Gildiyası məlumat yayıb.

Qeyd edək ki, A. Məhərrəmovun rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib. O, Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvü olub.

Eyni zamanda Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.