İki illik fasilədən sonra “Bakı Yay Caz günləri” (Baku Summer Jazz Days) festivalı fəaliyyətini bərpa edir.
OLAY yazır ki, festivalların iştirakçılarının coğrafiyasına İsveçrə, Fransa, İsrail, Gürcüstan, ABŞ, Türkiyə, Macarıstan, Rusiya kimi ölkələr daxil idi. Xatırladaq ki, festivalın proqramlarında Avichai Kohen, Erik Eruffaz, Jacky Terrasson, Stephane Belmondo, Nik West və bir çox məşhur musiqiçilər Bakıda ilk dəfə çıxış ediblər.
Bu il konsertlər Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçiriləcək. Giriş sərbəstdir.
İyulun 6-da festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq.