İncəsənət
İncəsənət

“Bakı Yay Caz Günləri” keçiriləcək

“Bakı Yay Caz Günləri” keçiriləcək

4-cü “Bakı Yay Caz Günləri” keçiriləcək. 

OLAY yazır ki, Caz musiqisi pərəstişkarları üçün növbəti sənət bayramı 4-cü “Bakı Yay Caz Günləri” 6-7 iyul 2022-ci il tarixində Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçiriləcək. Giriş sərbəst olacaq.

Festival Heydər Əliyev Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.