15 yaşlı gənc rəssam Banu Dəvəlinin “Dürri yekta” adlı fərdi rəsm sərgisi keçirilib.
OLAY yazır ki, sərgi Azərbaycan Milli incəsənət muzeyində baş tutub.
Sərginin təntənəli hissəsində tanınmış rəssamlar, incəsənət xadimləri və qonaqların da iştirakı ilə Banu haqqında təqdim edilən videoçarxlar və 2017-2022-ci illəri əhatə edən kiçik yaradıcılığı əks olunmuş kataloqunun təqdimatı olub.
Daha sonra sərgi iştirakçılarının rəsm işləri ilə tanışlığı baş tutub.
Sərginin keçirilməsində məqsəd – ictimaiyyətin diqqətini uşaq və gənclərin təsviri sənətə olan marağının artırılmasına və inkişafına yönləndirilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsindən ibarətdir.