İncəsənət
İncəsənət

“Şirkətlər dedi ki, “Karvan” qrupu maraqlı deyil”

“Şirkətlər dedi ki, “Karvan” qrupu maraqlı deyil”

“Bilirsiz, nəyə təəssüflənirəm? Konserti etmək üçün demək olar ki, bütün ən böyük şirkətlərə müraciət etdik, tanınmış brendlərə... “Karvan” eşidəndə - dedilər, maraqlı deyil”.

OLAY yazır ki, bu sözləri “Karvan” qrupunun 30 illik yubiley konsertinin təşkilatçısı, şairə Zəhra Bədəlbəyli söyləyib.

O, konsertə dəstək olmayan şirkətlərdən və qurumlardan gileylənib:

“Marketinqdən başı çıxan insan kimi çox təəccüblənmişdim - necə olur ki, hansısa qeyri-peşəkar xarici musiqiçilərə o qədər dəstək var, amma bizim estrada musiqisinin təməlini qoyan, həqiqi canlı əfsanə olan “Karvan” qrupuna dəstək yoxdur?

Yəni, dəstək oldu dostlarımızdan - Mədəniyyət Nazirliyindən, Diaspora dəstək Fondundan və balaca şirkətlərdən

Amma sponsorlar – hansı ki, bizim işimizi maddi cəhəddən qat-qat asanlaşdıra bilərdlər - dəstək olmadılar.

“Çox istərdim ki, böyük şirkətlərin Marketinq və PR menecerləri büdcə yazanda - maraqlı layihələr üçün, məhz, yaradıcı insanlar üçün orda hansısa məbləği ayırardı əvvəldən. Sonra deməzdilər ki, büdcə ancaq reklam üçündür, belə layihələr üçün nəzərdə tutulmayıb.

İki gün anşlaq - Heydər Əliyev Sarayında, mükəmməl tamaşaçılarla.

Təxmini 3400 nəfər - sizin reklamınızı görə bilərdi. Və bununla yanaşı - tarixi bir günün parçası ola bilərdiz,  amma olmadız. Təşkilatçı kimi onu deyə bilərəm ki, bu çətinlikdən də çıxacağıq.

Dəstək olsaydı, çətin heç nə olmazdı amma...

Sonra yazmayın ki, musiqiçilərin səviyyyəsi düşüb, şoular bayağıdır, çünki peşəkarlığa, əsl istedada və yaradıcılığa mükəmməl dəstək olmalıdır.

Bu dəstəyi siz mütəmadi olaraq etsəz, peşəkarlığınızı bununla təsdiqləmiş olacaqsız, çünki marketinq və ələxsus da PR menecerlər cəmiyyətin nəbzini tutmalıdır”.

Qeyd edək ki, qrupun konserti 24-25 mayda Heydər Əliyev sarayında gerçəkləşib.