İncəsənət
İncəsənət

“Samirin heç bir titulu yoxdur”

“Samirin heç bir titulu yoxdur”

Müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə Samir Bağırovla bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi fesybukda Bağırovun 1991-ci ildə “Yalta” mahnı festivalında iştirakını əks etdirən video bölüşüb.

Murad Rusiyanın məşhur bəstəkarı İqor Krutoyun ona “Otzovis” adlı mahnı bəstələdiyini bildirib:

“Səsə, sənətə baxın. İqor Krutoy onun üçün bu mahnını yazmışdı. Alla Puqaçova Rusiyada ulduz etmək istəyirdi. Samirin əlində 1 nömrəli Rusiya ulduzu olmaq şansı vardı. Heyif o imkanlardan. İndi isə heç bir titulu yoxdur. Dəyərini bilək”.