İncəsənət
İncəsənət

Məşhur sənətçiyə ağır itki

Məşhur sənətçiyə ağır itki

Məşhur pianoçu Fazıl Saya ağır itki üz verib.

OLAY yazır ki, sənətçinin atası ədəbiyyatşünas və musiqiçi Ahmet Say 86 yaşında dünyasını dəyişib.
Bununla bağlı, sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Atamı itirdik. Kədərim sonsuzdur. Bütün musiqi və ədəbiyyat cameasının başı sağ olsun. 86 illik ömründə çox əsər yazdı. Çox özəl və gözəl ata-oğul münasibətimiz var idi. Başımız sağ olsun”, - deyə Fazıl bildirib.

Qeyd edək ki, may ayının 14-ü F. Sayın Bakıda konserti olmalıdır.