“Səhnədəki pilləkənlər keçmiş xatirələrdən xilas olub gələcəyə doğru getməyin göstəricisidir. Biz irəli addımlayırıq. Pilləkənin sonunda keçmiş xatirələrim və qorxularımla üz-üzə gəlirəm”.
OLAY yazır ki, bu sözləri müğənni Nadir Rüstəmli İtaliyada KİV-in suallarını cavablandırarkən bildirib.
Məşqlərdən sonra mətbuat qarşısına çıxan sənətçi səhnə şousu barədə danışıb.
O, həmçinin səsini necə qorumasından da söz açıb: “Səsimi qorumaq üçün az danışıram. Həmçinin isti və soyuq su içmirəm. Müəllimlərimin məsləhətinə qulaq asıram”.
Bundan əlavə, sənətçi Avroviziyada olan bütün sənətçilərlə duet oxumaq istəyir.
Qeyd edək ki, Nadirin yarışmadası performansı stadion tribunalarının pilləkanları kimi qurulan platformada, ona yoldaşlıq edən bir rəqqasla baş tutacaq.
Fərqli kamera rakurslarının rəng qatacağı xareoqrafiyaya əsasən, cütlüyün addımları onları ayrı tərəflərə böləcək və beləliklə bir-birini izləyə biləcəklər.
Bildirilir ki, işıqlandırma da mahnının təsir gücünü artıracaq.
Xareoqrafiya önümüzdəki cümə axşamı TV-də və arenada nümayiş etdiriləcək.