İncəsənət
İncəsənət

Ahmet Kayanı oynamaq üçün 25 kilo kökəldi

Ahmet Kayanı oynamaq üçün 25 kilo kökəldi

Türkiyənin kürd əsilli mərhum müğənnisi Ahmet Kayanın həyatından bəhs olunan film çəkilib.

OLAY yazır ki, ekran işində Kayanın gəncliyini Serdal Genç canlandırıb.

O, hətta rolu üçün 25 kiloqram kökəlib. Daha sonra isə öz çəkisinə qayıdıb.  

Həmin görüntüsünü paylaşan Serdal “Sizcə bu kimdir? Uşaqlıqdan pərəstiş etdiyim sənətçini canlandırmaq şansım oldu. Çox xoşbəxtəm”,- deyə bildirib.

Layihədə Serdal Ahmetin 1995-ci ilə qədər olan halını oynayıb. O tarixdən sonra isə Celil Nalçakan Kaya rolunda çıxış edib.

Çəkilişlər pandemiyadan əvvəl tamamlansa da, hazırlıqlar bitmədiyi üçün təqdimat tarixi təxirə salınıb.