Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edən Nadir Rüstəmli Danimarkadadır.
OLAY yazır ki, bu barədə sənətçi instaqram hesabında məlumat verib.
“Danimarkadan salamlar! Bu gözəl insan (rejissor Mads Enqqaard- red) və çox istedadlı rejissorla birgə məşqlərdəyik. Təsəvvür edin, mənim Avroviziyada 1-ci ilim, Mads üçün 18-cidir”,- deyə Rüstəmli bildirib.
Qeyd edək ki, Mads Bu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək.