Aprelin 19-da Bakı Kitab Mərkəzində “Rüstəm İbrahimbəyovun əziz xatirəsinə ithaf” adlı gecə keçirilib.
OLAY yazır ki, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Xalq yazıçısının həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin nümayişi ilə başlayıb.
Aktyor Tural Əsədovun aparıcılığı ilə davam edən gecənin musiqili hissəsində pianoçu Nizami Əliyevin ifasında R. İbrahimbəyovun filmlərindəki musiqi parçalarından ibarət kompozisiya səsləndirilib.
Xatirə gecəsinin sonunda mərhumun oğlu Fuad İbrahimbəyov və qızı Fatimə İbrahimbəyova ailəsi adından gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.