İncəsənət
İncəsənət

Şuşada şeir məclisi keçirildi

Şuşada şeir məclisi keçirildi

Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə “Məclisi-fəramuşan” şairlər məclisinin rəsmi açılışı olub.

OLAY yazır ki, açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyi, habelə şairləri iştirak ediblər.

Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Macid xalqlarımız, dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlər, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində dostluq və qardaşlığımızın daha da möhkəmləndiyini bildirib. Şuşada Azərbaycan xalqının zəngin mədəniyyət yaratdığını vurğulayan Qayrat Majid bildirib ki, 2023-cü ildən Şuşa Türk dünyasının mədəniyyət körpüsü olacaqdır. Bunun Özbəkistan üçün də əhəmiyyətli olacağını vurğulayıb.

Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə, şair İlqar Fəhmi, Sayman Aruz, özbək şair Qayrat Macid, tərcüməçi-ədəbiyyatşünas alim Babaxan Şərifin iştirakı ilə Vətən, Qarabağ, ədəbiyyat, sənət, Türk dünyası, birlik, həmrəylik mövzusunda şeirlər səsləndirib.

Qeyd edək ki, şairlər məclisi Azərbaycan Dövlət Televiziyası tərəfindən video-çəkilişləri aparılıb və  "Körpü" verilişində yayımlanacaq.