İncəsənət
İncəsənət

Pyes müsabiqəsi davam edir

Pyes müsabiqəsi davam edir

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı vətənpərvərlik,  Qarabağın işğaldan azad olunması və ümumilikdə  şanlı Zəfər tariximiz mövzusunda birpərdəli pyes müsabiqəsi elan edib.

OLAY yazır ki, uşaq və yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanması, qalib ruhun teatr səhnələrinə daşınması məqsədilə elan olunan müsabiqədə mövzu dairəsi geniş, müəlliflər üçün isə hər hansı məhdudiyyət yoxdur.

Teatrın yaradıcı heyəti qalib pyes üçün pul mükafatı da təyin edib. Bundan başqa, seçilən əsər əsasında tamaşanın hazırlanıb cari repertuara daxil edilməsi və ölkə miqyaslı qastrollarda nümayişi də nəzərdə tutulub.

Qeyd edək ki, əsərlərin qəbulu mövsümün sonunadək davam edəcək və seçilən nümunə barədə ictimaiyyətə geniş məlumat veriləcək.