İncəsənət
İncəsənət

11 yaşlı Araz FM!

11 yaşlı Araz FM!

Azərbaycan radio məkanında milli musiqi konseptinə malik “Araz FM”in 11 yaşı tamam olur. 

OLAY yazır ki, 2011-ci il aprelin 4-də fəaliyyətə başlayan radiostansiya 103.3 MHz tezliyində qərar tutub. Son illər ərzində radioverilişlərində müxtəlif format dəyişiklikləri edilib və hazırda radionun yayımını Azərbaycan ərazisinin 80 faizində dinləmək mümkündür.

Tezliklə bu rəqəm böyüyərək ölkəmizin işğaldan azad olunmuş ərazilərini də əhatə edəcək. 

“Araz FM” dalğasında 24 saat boyunca Azərbaycanın xalq, klassik və müasir musiqilərini yüksək keyfiyyətdə dinləmək olar.