İncəsənət
İncəsənət

Nazir Afaq Bəşirqızına ordenini təqdim etdi

Nazir Afaq Bəşirqızına ordenini təqdim etdi

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Xalq artisti, görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif olunub.

OLAY yazır ki, ötən gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən mərasimdə orden aktrisaya təqdim edilib.

Mədəniyyət naziri Adil Kərimli Afaq Bəşirqızını 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edərək, onun səhnə və ekran yaradıcılığının milli mədəniyyətimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Mərasimdə aktrisaya həmçinin Mədəniyyət Nazirliyinin Fəxri diplomu və Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı təqdim olunub.