Azərbaycanın bir çox tanınmış sənətçisi Ağdama yola düşüb.
OLAY yazır ki, onların sırasında Xalq artistləri Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlər Cabir Abdullayev və Gülüstan Əliyeva da olub.
Onlar avtobusda sevilən mahnılarımızı səsləndiriblər. Həmçinin, bu il Novruz bayramını Qarabağda qarşılayacaqlarını bildiriblər. Həmin görüntüləri öz sosial şəbəkə hesablarında paylaşıblar.