İncəsənət
İncəsənət

Xan Şuşinskinin xatirə gecəsi keçiriləcək

Xan Şuşinskinin xatirə gecəsi keçiriləcək

Martın 5-də Heydər Əliyev Sarayında Xalq artisti Xan Şuşinskinin xatirə gecəsi keçiriləcək.

OLAY yazır ki, “Şuşa ili” çərçivəsində baş tutacaq gecədə Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Mələkxanım Eyyubova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Anar Şuşalı, Babək Niftəliyev, Səbuhi İbayev, tanınmış xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Anar Quliyev, Rəvanə Qurbanova, Eldəniz Məmmədov, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Azərbaycan mirvarisi” rəqs ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansamblı iştirak edəcəklər.

İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşaiyət edəcək.

Xatirə gecəsində xanəndənin repertuarında yer alan “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər ifa olunacaq.

Həmçinin, Xan Şuşinskinin bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Dilbərim”, “Ay qəşəng ceyran”, “Ay qara qız”, “Qızılgül” və sairə mahnıları incəsənət ustalarının ifasında təqdim olunacaq.