Ötən gün Xalq artisti Arif Babayevin 84 yaşı tamam olub.
OLAY yazır ki, bu münasibətlə “Nanəli” verilişinin komandası sənətkarı evində ziyarət edib.
Aparıcı Nanə Ağamalıyeva ilə birlikdə Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Təyyar Bayramov, Gülüstan Əliyeva, Zakir Əliyev, Babək Niftəliyev, Könül Kərimova, Elnarə Abdullayeva, Elnur Zeynalov və Ehtiram Hüseynov A. Babayevin evinə yollanıb.
Onlar birgə mahnılar oxuyub, rəqs edərək xanəndənin növbəti yaşını qeyd ediblər.