İncəsənət
İncəsənət

IX “Muğam” müsabiqəsi başlayır

IX “Muğam” müsabiqəsi başlayır

Heydər Əliyev Fondunun dəstəyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı ilə ərsəyə gələcək IX “Muğam” Müsabiqəsinin münsif heyətinin görüşü baş tutub.

OLAY yazır ki, münsif heyətinin hər bir üzvü müsabiqə ilə bağlı yeni ideyalar verib, təcrübələrini bölüşüblər. 

Bununla yanaşı müsabiqənin keyfiyyətinin artırılması, qiymətləndirmə prinsiplərinin dəqiqləşdirilməsi və iştirakçıların seçimləri zamanı diqqət olunası məqamların müzakirələri aparılıb. 

Görüşün sonunda, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov gələcəkdə muğam müsabiqəsinin daha geniş auditoriyaya çatdırılması və muğam sənətinin inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyətin əhəmiyyətindən danışıb.

Görüşün yekununda tədbir iştirakçıları birgə fotolar çəkdiriblər.