İncəsənət
İncəsənət

“Çoban estrada və cazdan dəm vurur”

“Çoban estrada və cazdan dəm vurur”

“Qorxuram yoldan qaranlıq düşməsin. Nənəm də bir az çox yaşasın, hələ ölməsin. Ağlayarkən məni heç kim görməsin, ac olduğumu kimsə bilməsin”.

OLAY yazır ki, bu sözləri instaqramda Xalq artisti Brilliant Dadaşova paylaşıb. O, növbəti şeirini izləyicilərinə təqdim edib:

“Böyükləri diqqətlə izləyirdim. Səhvlərini dərd edib, qəlbimdə gizləyirdim. Köksümdə çox arzular bəsləyirdim.. Kiçikdim, amma gəlinlik paltarı geyinmək istəyirdim. Çox vaxt gözümü yuman kimi, elə bilirdim, Xəzər dənizi hər an gözləyir bizi.

Xəyallarımda hey üzürdüm. Yay fəsli bitəndə bağdan köçməmək üçün, qışı ”qovub” daim baharda qalmaq istəyirdim.

O günlər harada, indi mən harada... İndi yürüyürəm soyuqda, qarda. Ən ümdə, dəyərli, ruhun qidası musiqi də indi Qara bazarda.

Bir zamanlar tütəkli çobanın o xoş sədası səs salıb dağda, gəzərdi sorağı yaşıl yaylaqda. Agah edərdi bizi söhbətdən -sazdan. Həzz alardıq gözəl avazdan. İndi o da dəm vurur estrada və cazdan. Guya düzgün boğazdan istifadə etməyi öyrədir.Nənəm deyərdi abırsızdan abrını qoru. Montajçıya “hörmət” edər onun sponsoru. Sənin dediklərin kəsilib-doğranılar. Üstəlik fikrin də oğurlanar. Ürəyi yanğısı ilə dediyin kəlməni kəsib, aləmə məntiqsiz göstərərlər səni”.