Olay
Olay

Kamil Cəlilov vəfat etdi

Kamil Cəlilov vəfat etdi

Xalq artisti, qoboy ifaçısı Kamil Cəlilov 84 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin intaqram hesabında məlumat verilib.  

Onun ötən gün vəfat etdiyi qeyd olunub. 

Xatırladaq ki, K. Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi “Zəminxarə” muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.

Allah rəhmət eləsin!