Mədəniyyət Nazirliyi Türkiyədə baş verən faciəvi yanğınla bağlı başsağlığı mesajı yayıb.
Bu barədə Nazirlikdən OLAY-a bildirilib:
“Qardaş Türkiyənin Bolu vilayətində “Kartalkaya” dağ-xizək kurortunda yerləşən mehmanxanada baş vermiş yanğın zamanı çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu ağır faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, eləcə də Türkiyə Mədəniyyət və Turizm Nazirliyindəki həmkarlarına dərin hüznlə başsağlığı verir. Faciə nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.